Hadisə

Qubada silsilə oğurluqlar edən Sumqayıt sakinləri saxlanılıb - FOTO

17 Avqust 2021 17:18
0 Şərh     Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ictimai iaşə obyektlərindən, evlərdən, silsilə oğurluqlar etməkdə şübhəli bilinən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi sakinləri Tural Quliyev və Rüfət Sərxanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Milli.Az-a bildirdiyinə görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, T.Quliyev və R.Sərxanov Quba rayonu ərazisində müxtəlif mağazalardan, kafe-restoranlardan və evlərdən pul, danışıq kartları (kontur), müxtəlif ərzaq məhsulları, samovarlar, siqaret, məişət təmir avadanlıqları və yaddaş kartları oğurlamışlar.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.