Hadisə

Bakıda 85 yaşlı kişi intihar edib

17 Avqust 2021 12:30
0 Şərh     Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yaşlı kişi intihar edib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə avqustun 16-da səhər saatlarında qeydə alınıb. 1936-cı il təvəllüdlü Əliyev Sultan Vəli oğlu paytaxtın Nizami rayonunda yaşadığı evdə sirkə içərək intihara cəhd edib. O, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, S.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Nəticədə 85 yaşlı kişi həmin gün axşam saatlarında dünyasını dəyişib.

Onun hansı səbəbdən intihara etməsi hələlik dəqiq bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.