Piyadanın öldüyü qəzada qazinin sürücülük vəsiqəsi olmayıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, iyulun 30-da Cəfərli Süleyman Yusif oğlu idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Əlirza Babazadəni vurub. A.Babazadə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orda vəfat edib.
Milli.Az bildirir ki, A.Babazadənin əmisi oğlu Adil Quluzadə qafqazinfo-ya açıqlamasında bildirib ki, Vətən müharibəsi qazisi olan Süleyman Cəfərlinin sürücülük vəsiqəsi olmayıb. O, həmçinin qeyd edib ki, avtomobil də qazinin özünün deyil: "Mülkiyyət hüququ yoxdur və etibarnamə də verilməyib ona. Həmçinin hadisəni törətdikdən sonra oradan qaçıb. S.Cəfərliyə hadisə yerindən qaçmaq maddəsi ilə də iş açılıb. Əmimoğlu evin tək oğlu idi və 3 bacısı da var. Atasının tək ümidi idi. Əmim də dedi ki, əgər S.Cəfərli oğluma kömək etsəydi, hadisə yerindən qaçmasaydı, mən onun həbs edilməsini istəməzdim. Universitetdə eyni qrupda oxumuşuq. Subay idi, amma sentyabrda nişanı olacaqdı".
.jpg)
A.Babazadə hadisənin təfərrüatları barədə də danışıb: "Əlirza səhər işə gedirmiş və taksi sifariş edib. Həmin vaxt o, S.Cəfərlinin gəldiyi yolun əks istiqamətində olub. Həmin yolda sürət həddi 60 km/saatdır, amma hadisəni törədən adam 120 km/saat sürətlə hərəkət edirmiş. Yolun vəziyyəti pisdir və yüksək sürətdə S.Cəfərli idarəetməni itirib və əks yola keçərək Əlirzanı vurub. Bundan sonra əmimoğlu yolda dayanan "KİA Optima" markalı avtomobilin üzərinə düşüb. Beyin ölümü həmin vaxt reallaşıb. Təcili yardımın da səhvi olub. Çünki yaxında xəstəxanalar ola-ola, götürüb onu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıblar. 4 saat onu hadisə yerində saxlayıblar, sonra xəstəxanaya çatdırıblar. Yanında heç kəsi olmadığı üçün də kömək də etməyiblər".
.jpg)
Adil Quluzadənin iddiaları ilə bağlı Təcili Tibbi Yardım Xidməti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, həkimlər hadisə yerinə zamanında çatıb: "İyulun 29-da Təcili Yardıma Yasamalda yerləşən "Vital" klinikasının yanında avtoqəza səbəbi ilə yaralının olması barədə çağırış edilib. Həmin çağırış 08:52-də TTY əməkdaşı Sevinc Hüseynovaya yönləndirilib. 09:06-da isə təcili yardım artıq deyilən üvnanda olub. Həkim orada xəstə Əlirza Babazadəyə ilk yardım göstərdikdən sonra onu kəllə-beyin travması, baş beyin əzilməsi və beyin koması diaqnozları ilə profil üzrə 3 saylı Şəhər Klinik Xəstəxasına aparılıb".
Qazinin maşını sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməsi iddiası ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik.
Qeyd edək ki, sürücü S.Cəfərli Vətən müharibəsi qazisidir, sol ayağından xəsarət alıb və 3-cü qrup əlildir. Şahidlərin sözlərinə görə, avtomobili idarə edərkən ayağından ağrılar başladığı üçün idarəetməni itirib. C.Cəfərli Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.


Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hacıqabulda ölüm hadisəsinin təfərrüatı açıqlandı: Kanalizasiya quyusu olmayıb
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
Sabunçuda “Chevrolet” yandı
-
Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - Yenilənib
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır
XƏBƏR LENTİ
-
Ardadan fransalı futbolçuya maraqlı hədiyyə - (Foto)
-
Ad günündə birlikdə rəqs etmişdilər: Xalq artisti danışmaqda çətinlik çəkdi - (Video)
-
Yeni avtobus svetoforlarında hansı işıq nə deməkdir? - (Foto)
-
Nepalda 5,3 bal gücündə zəlzələ oldu
-
İranda müğənni şallaqlandı - (Foto)
-
Hacıqabulda ölüm hadisəsinin təfərrüatı açıqlandı: Kanalizasiya quyusu olmayıb
-
Dünya bazarlarında neftin qiyməti dəyişdi
-
İşə maşınla getmək istəyənlərin diqqətinə
-
Həkimə getməzdən əvvəl bunları etməyin: analizlərin nəticəsini dəyişə bilən səhvlər
-
Naringi qabıqlarını atmayın: Evdə və mətbəxdə faydalı istifadə üsulları
-
Noyabrın “əsas qəhrəman” bürcləri
-
Tənhalıq demensiya riskini artırır
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev





