Hadisə

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

1 Avqust 2021 09:30
1 Şərh     Baxış: 1 900

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ebru · 1 Avqust 11:1260

    Allah Ordumuzu qorusun.Yenə bunların başı dəmir yumruq istəyir.Allah bəlanızı versin .Sülhməramlı adı altında ,orda duran Sülhməramsızlar hara baxır görən?Onlara güvənib arxasın qoruyan köpəklər!Allah ikinizdə bildiyi qədər çəkdirsin!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.