Hadisə

Bərdədə keçmiş məhkum oğurluq üstə tutuldu

24 İyul 2021 15:42
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində oğurluq əməlləri törədərək saxlanılan şəxsin daha bir cinayət əməlinin də üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a bildirilib ki, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinərək saxlanılan, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Namiq Quliyevin daha bir evdən oğurluq etdiyi də aşkar edilib.

N.Quliyevin ətrafında davam etdirilən araşdırmalarla onun həmin evdən televizor, kombi, su motoru və digər əşyalar oğurlamaqla vətəndaşa 4000 manata yaxın ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.