Hadisə

Bakıda sərnişin avtobusu qəzaya düşdü - VİDEO

14 İyul 2021 12:17
0 Şərh     Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qəzanın hansı səbəbdən baş verdiyi bilinmir:

"Qəza səhər saat 11 radələrində Qara Qarayev prospekti ilə Böyükşor qovşağının kəsişməsində baş verib. 166 nömrəli marşurut xətti ilə digər iki avtomobil toqquşub. Hadisəyə nəyin səbəb olduğu hələki məlum deyil. 166 nömrəli marşurut xəttinin daşıyıcısı "VətənAz Trans MMC" rəhbərliyi izahat üçün Agentliyə çağırılıb. Bizdə olan  məlumat görə, avtobusun sərnişinləri arasında xəsarət alan yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.