Hadisə

Sumqayıtda ağır qəza, xəsarət alanlar var - FOTO

4 İyun 2021 15:42
Baxış: 1 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda iki nəfərin ağır xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, 90 CY 926 dövlət nömrə nişanlı "Renault Megane" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 50 AE 970 dövlət nömrə nişanlı "İsuzu" markalı avtobusa çırpıb. Qəza nəticəsində taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Abıyev Elçin Sehran oğlu və onun sərnişini, 1971-ci il təvəllüdlü İsmayılova Şəkər Səfərəli qızı ağır bədən xəsarətləri alıblar. Hər iki şəxs Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.