2 milyon manatlıq dələduzluq edən Sahib İbrahimov həbs olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İsmayıllıda qəza - Ölən var
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək





