Hadisə

Aydın Heydərov koronavirusdan vəfat etdi

3 Aprel 2021 12:57
Baxış: 2 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış YAP-çı, 1992-ci ilin aprelində keçirilmiş məşhur "Yaş senzi" ilə bağlı mitinqin təşkilatçılarından biri, YAP Nəsimi rayon təşkilatının yaradıcılarından olmuş Aydın Heydərov vəfat edib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı deputat Fazil Mustafa məlumat yayıb.O qeyd edib ki, mərhum 1 aya yaxındır ki, koronavirusla mübarizə aparırmış. 

Qeyd edək ki, 1948-ci il təvəllüdlü A. Heydərov Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri idi. O, 1992 - ci ildə "İnturavto" Bakı Avtomobinatının direktoru, 1997 - ci ildən isə eyniadlı Açıq Səhmdar Cəmiyyətin sədri olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.