Hadisə

Karantini pozan 2 obyekt aşkarlandı: 4 şəxs cərimələndi

30 Mart 2021 09:41
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən 1 çay evinin karantin rejim qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi, 1 "PlayStation" oyun zalında isə tibbi maska ilə bağlı tələblərin pozulduğu aşkar edilib.

Həmin obyektlərlə bağlı 4 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tədbir görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.