Hadisə

Tüfəngləri əllərindən alındı

6 Mart 2021 11:57
Baxış: 809
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat qazmalar kənd sakini X.Əlimovdan və Hil kənd sakini E.Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.