Hadisə

Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, xəsarət alanlar bir ailənin üzvləridir - FOTO

28 Fevral 2021 21:05
Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:05

Bərdə rayonunda xəsarət alanların adları məlum olub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar Əhmədli Ayşən Rafiq qızı, Əhmədli Şəlalə Əhliman qızı və Əhmədli Əhliman Kamal oğludur. Xəsarət alanlar bir ailənin üzvləridir.

Xatırladaq ki, Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Samux kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"VAZ-2106", "VAZ-2107" və "Haval" markalı avtomobillər toqquşması nəticəsində 2 nəfər ölüb, bir necə nəfər isə ağır xəsarət alıb.

----------

20:09

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Samux kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106", "VAZ-2107" və "Haval" markalı avtomobillər toqquşması nəticəsində 2 nəfər ölüb, bir necə nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.