Hadisə

DİN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

18 Yanvar 2021 17:33
Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyini (DİN) Ağcabədidə 2 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 16-da saat 16 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hindarx qəsəbə sakini E.İsmayılovun idarə etdiyi "Mercedes" və Ağdaş rayon sakini Ə.İsrafilovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Ə.İsrafilov və sərnişinlərindən Ağstafa rayon sakini F.Həsənov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.