Hadisə

Göygöldə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

20 Oktyabr 2020 19:24
Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ-2107"in sürücüsü, 1944-cü il təvəllüdlü Quliyev Məzlun Aqil oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha 2 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.