Hadisə

“Royal Park”da fəhlə öldü

21 Sentyabr 2020 15:21
Baxış: 1 765

Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən "Royal Park" yaşayış massivinin "A" blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.