Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? - ŞOK İDDİA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 8-də, saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə oğlu tərəfindən odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişən Nofəl Süleymanlının övladı tərəfindən qəsdən öldürülməsi ilə bağlı məlumat yayılıb.
Milli.Az metbuat.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan iddiaya görə, tanınmış gitara ifaçısı oğlu Şövqü Süleymanlı tərəfindən qəsdən öldürüb.
Bildirilir ki, mərhum gitara ifaçısının Azərbaycan şou-biznesində tanınan müğənnilərdən biri ilə şəxsi münasibətləri olub. Bundan xəbər tutan Nofel Süleymanlının həyat yoldaşının isə əri ilə münaqişələri başlayıb.
İddia edilir ki, bundan hiddətlənən 17 yaşlı oğlu şəxsi münaqişə zəminində atasından intiqam almaq istəyib və onu güllələyib.
Yayılan iddialarla bağlı Baş Prokurorluqdan bildirilib ki, onlarda bununla bağlı hər hansı informasiya yoxdur: "Hazırda istintaq davam edir. Bu cinayət işi ilə bağlı rəsmi məlumat verilib".
Qeyd edək ki, Prokurorluq tanınmış gitara ifaçısı Nofəl Süleymanovun öldürülməsi ilə bağlı yayılmış xəbərlərə bir neçə gün əvvəl aydınlıq gətirib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan "Escot" markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürəyinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
XƏBƏR LENTİ
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb





