Hadisə

Karantini pozaraq Qəbələyə gələnlər cərimələndilər

27 Avqust 2020 15:03
Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi sürücü və sərnişinlərin qaydaları pozaraq, rayona gəldiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.