Hadisə

Gizli fəaliyyət göstərən çayxana Səhiyyə Nazirliyinin balansında imiş - YENİLƏNİB - VİDEO - FOTO

23 İyul 2020 13:29
Baxış: 2 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:29

Şəkidə karantin qaydalarını pozan çayxananın Səhiyyə Nazirliyinin balansında olduğu məlum olub.  

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya şimal-qərb bürosuna verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhərin Bağbanlar küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb.

Araşdırmalar zamanı həmin çayxananın Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki rayon şöbəsinin nəzdində fəaliyyət göstərdiyi məlum olub. 

Mərkəzinin rayon şöbəsinin direktoru polis şöbəsinə dəvət olunaraq onunla profilaktiki söhbət aparılıb, qanunauyğun tədbirlər görülüb. 

---------
10:17

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.

Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin
görüləcəyi onun diqqətinə çatdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.