Hadisə

Qobustanda güclü sel yolları dağıtdı, şəxsi təsərrüatlara ziyan vurdu - FOTO

12 İyul 2020 09:11
Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qobustan rayonunun Poladlı kəndində yağan güclü yağışdan sonra dağlardan gələn sel suları sakinlərə böyük ziyan vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, iyulun 11-də axşam saatlarında kəndə gələn güclü sel nəticəsində 20-dən çox fərdi yaşayış evini su basıb, ev quşları tələf olub, kəndin daxili yolları dağılaraq bərbad vəziyyətə düşüb, daxili küçələri qalın lil qatı örtüb.

Sel suları Pirsaat çayı üzərindəki kiçik körpünü dağıdıb, böyük körpünün bir dirəyini uçurub, kənd icra nümayəndəsinin müavininə məxsus "QAZ 3110" markalı minik avtomobili su altında qalıb. Təbii fəlakət zamanı kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb.

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gələrək sel sularının ziyan vurduğu ərazilərə baxış keçirib, vətəndaşların müraciətini dinləyiblər. Kənddə selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.