Hadisə

Şəkidə yük maşını körpüdən aşdı, qaz xətti zədələndi - FOTO

8 May 2020 17:19
0 Şərh     Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 8-də günorta saat 13:00 radələrində Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Trend-ə açıqlamasında bildirib ki, qəza zamanı "ZİL" markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 mm diametrində olan qaz xəttini də yararsız hala salıb.

Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.