Hadisə

"Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb - FOTO

8 Dekabr 2019 13:34
1 Şərh     Baxış: 1 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, "Sədərək" Ticarət Mərkəzi ərazisində sərnişin avtobusu və minik avtomobili toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, Xırdalan-"Binə" Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, "01 BS 245" dövlət nömrə nişanlı avtobusla "90 NK 538" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.