Hadisə

Bakıda taksi piyadaları vurub, ölən və yaralanan var

15 Noyabr 2019 11:24
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, taksi faəliyyəti ilə məşğul olan, 1990-cı il təvəllüdlü Orxan Məmmədov idarə etdiyi "Daevoo-Centra" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar - 1985-ci il təvəllüdlü Xəyyam Hümmətov və 1995-ci il təvəllüdlü Sahil Qaybalıyevi vurub.

Nəticədə X.Hümmətov aldığı xəsarətlərdən ölüb, S.Qaybalıyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.