Hadisə

Azərbaycanlı qız Arzu erməni oğlan Armenlə evləndi

27 Avqust 2019 10:54
21 Şərh     Baxış: 3 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda yaşayan azərbaycalı qızla erməni oğlan ailə həyatı qurub. 

Milli.Az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə gürcü yazıçısı Mariam Saradjişvili yazıb. 

Yazıçı bildirib ki, cütlük məktəbdə bir sinifdə oxuyub. Arzu və Armenin bu sevgisi Azərbaycan-Ermənistan arasındakı münaqişəyə baxmayaraq xoş sonluqla bitib. 

İki gəncin ailələri bu münasibətə müsbət baxmayıb. Ancaq cütlük sona qədər mübarizə aparıb və sonda ailə həyatı qurub. 

Onların bir oğlu olub və adını da Arzunun babasının şərəfinə Rəşid qoyublar. 

Yeni doğulan uşaq ailələr arasında barışıq olmasına gətirib çıxarıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.