Boşandığı arvadının evini yandırdı, 2 yaşlı uşağı öldü - Şəmkirdə dəhşət - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
12:49
Şəmkir rayonu Sarıtəpə kəndində boşandığı həyat yoldaşının yaşadığı evi yandıran rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov saxlanılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11..30 radələrində E. Məsimov saxlanılıb.
Qeyd edək ki, ötən gecə saat 01.00 radələrində Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb. E. Məsimov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.
Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M.Məsimovanın bədəninin 70, S.Məmmədovanın bədəninin 50 faizi yanıb. Vəziyyətləri ağır olan ana və qız xüsusi nəqliyyat vasitələri ilə Şəmkir Rayon mərkəzi Xəstəxanasından Bakıya yola salınıblar.
--------
12:24
Şəmkirdə yanan anayla qızı Bakıya gətirilir.
Xəbər verdiyimiz kimi, Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qayınanası yaşayan evi yandırıb.
Hadisə nəticəsində 2 yaşlı uşaq ölüb, 54 yaşlı qayınana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər.
Ananın bədəninin 50%, qızının isə bədəninin 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edilib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götüb.
---------
10:39
Şəmkirdə yaşayış evində yanğın baş verib.
Milli.Az bildirir ki, "Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Ümumi sahəsi 30 kv. metr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.
Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Onun anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Bu barədə Mətanətin özü ifadəsində bildirib. Hadisə zamanı qadının atası və qardaşı da evdə olub. Lakin onlar yanğından xəsarət almadan xilas ola biliblər. Hadisəni törədən şəxs isə oradan uzaqlaşıb. Hazırda onun axtarışlarına başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Qalib Bayramova hökm oxundu
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
XƏBƏR LENTİ
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb





