Hadisə

46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22 İyun 2018 21:26
0 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Mahmud Ağabala oğlu Hacıyev həyətindəki tövlənin damına ot yığarkən ehtiyatsızlıqdan yıxılıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.