Hadisə

Velosipeddən yıxılan gənc ağır xəsarət alıb - FOTO

23 May 2018 08:22
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerikdə velosipeddən yıxılan gənc ağır xəsarət alıb. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Ədalət Hacırıza oğlu Qurbanlı enişlə velosiped  sürərkən idarəetməni itirib və velosipedlə qonşunun dəmir qapısına çırpılıb.

Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan Ə. Qurbanlı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ə. Qurbanlıya müayinə zamanı kəllə sümüyünün sınığı diaqnozu qoyulub. O, hazırda süni nəfəs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.