Hadisə

Xırdalanda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib

20 May 2018 22:35
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalanda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.