Bakıda avtobus sürücüsünü təhqir edib üzünə tüpürdülər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda sərnişin avtobusunun sürücüsü təhqir edilib.
Milli.Az xəbər verir ki, hadisə fevralın 28-də baş verib. Həmin gün saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus metronun "Neftçilər" stansiyası yaxınlığındakı dayanacağa daxil olarkən 99-AL-789 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtomobilini avtobusun hərəkət zolağında saxlayıb, avtobusun dayanacağa daxil olmasına maneə yaradıb. Avtobus sürücüsü bununla bağlı ona xəbərdarlıq etdikdə isə onu nalayiq hərəkətlər və sözlərlə təhqir edib.
"BakuBus" MMC tərəfindən təqdim olunan video kadrlardan aydın görünür ki, özündənrazı şəxs avtomobilini avtobusun hərəkət zolağında qanunsuz olaraq saxlayıb və bu azmış kimi hər vəchlə öz hərəkətinə haqq qazandırmaqdan, yaşlı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir.
"Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Milli.Az-a bildirib ki, onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:
"Hadisəyə hüquqi qiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən belə hallara qarşı laqeyd qalmamağa çağırırıq!".
Qeyd edək ki, "BakuBus" MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Xatırladaq ki, sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.
Yusif Nəsirli
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
-
Messinin çantası diqqət çəkdi (Foto)
-
Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir - Kamaləddin Qafarov
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Böyükşor yolunda ağır qəza
-
Kürdəmirdə kişi arvadını telefonla döydü
-
Zəfər Günümüz Kolumbiyada: Azərbaycanın tarixi Qələbəsi Boqotada təbliğ edilir (Foto)
-
Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü - (Video)
-
Türkiyənin məşhur aktyorlarının gənclik görüntüləri gündəm oldu – İllər onları necə dəyişib? - (Foto)
-
Əcnəbinin Azərbaycan mahnısını ifası diqqət çəkdi – "Zəfər Günü"nü belə qeyd etdilər - (Video)
-
Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb (Foto)
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Yaponiyada güclü zəlzələ
-
Dünya çempionumuz evləndi (Fotolar)
-
"Komedixana"nın aktrisasının 10 il əvvəlki görünüşü – (Foto)
-
Şəmkirdə maşın ağaca çırpıldı: Ölən və yaralananlar var
-
Türkiyədə dəhşətli qəza: 9 ölü var (Foto)
-
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif etdi
-
“Real” səfərdə darmadağınla qalib gəldi
-
Günəşdə partlayış oldu
-
Daha bir məşhur türk serialı final edir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - (Foto)
-
4 bürc üçün bağlı qapılar açılır





