Hadisə

Azərbaycanlı Türkiyədə qəzaya düşdü - 4 tələbə öldü - YENİLƏNİB - FOTO

22 İyul 2017 11:25
5 Şərh     Baxış: 3 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:25

Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.

Milli.Az istipress-ə istinadla xəbər verir ki,  hadisə Kayseri şəhərində baş verib.

Yolda dayanmış yük maşınına arxadan çırpılan minik maşınında olan 4 nəfər can verib. 

Hadisə ötən gün günorta saatlarında olub. Məlumata görə, sürətlə hərəkət edən 38 ZU 010 nömrəli maşın yol kənarında dayanmış, azərbaycanlı sürücü Raim Bədəlovun idarə etdiyi 90-JO-998 nömrəli TIR-a çırpılıb.

Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölənlər Erciyes Üniversitetinin tələbələri olublar.

Qəzadan sonra TIR sürücüsü saxlanılıb. O, gedəcəyi istiqaməti müəyyən etmək üçün yolkənarındakı məlumat lövhələrinə baxmağa dayandığını deyib. Hadisə ilə bağlı araşdırma davam edir. 

-----------

11:15

Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı TIR markalı yük maşını Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 4 nəfər-Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk hadisə yerində ölüb. Ölən şəxslərin hamısının tələbə olduğu bildirilib.

Xəsarət alan daha iki nəfər isə Kayseri xəstəxanasına yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.