Hadisə

Erməni qadın Zəhranın məzarını ziyarət etdi - FOTO

14 İyul 2017 10:45
19 Şərh     Baxış: 15 306

"Ermənistan-Azərbaycan Sülh Platformasına" qoşulan Oksana Altunyan 30 il sonra Azərbaycana səfər  edib. Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Moskvaya köçüb, lakin Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin səbəbi ilə vətəninə qayıda bilməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycana səfərinin ilk günü Oksana Altunyan Fəxri Xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzrını ziyarət edib. Daha sonra onun şəxsiyyətini formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovunda məzarlarını ziyarət edib.
 
Bundan sonra Oksana Altunyan şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib və orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələri ilə bölüşüb. O, Bakıda erməni və azərbaycanlılar arasında münaqişənin yarandığı zaman öz ailə üzvlərinin qonşuları tərəfindən necə xilas olduğundan bəhs etdi. Oksana Altunyan qeyd etdi ki, siyasətdən uzaq olan, münaqişədən zərər çəkmiş insanlar üçün doğma vətənlərinə qayıtması çox vacib və zəruridir.
 
Oksana Altunyan, həmçinin "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın ofisinə baş çəkdi. Görüş zamanı Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov, Qadın Sülh və Təhlükəsizlik Mərkəzinin sədri, Sülh Platformasının üzvü Dilarə Əfəndiyeva və Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev iştirak edirdilər. Görüş zamanı Oksana Altunyan  iki qonşu ölkə arasında sülh mümkün və qaçılmaz olduğunu, lakin bu xalqların arasında etimadın bərpası  üçün   əlavə səylərin görülməsinin vacibliyini qeyd edərək, bu prosesdə Ermənistan-Azərbaycan Sülh Platformasının xüsusi rolunun və missiyasının olduğunu bildirdi.
 
Əvəz Həsənov da öz növbəsində Ermənistan və Azərbaycan arasında olan münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində verdiyi töhvələrdən və təcrübədən danışdı. Konfliktoloq öz növbəsində Kazan danışıqlarının uğursuzluğundan sonra artmaqda olan gərginliyin və bu gərginliyin keçən ilin aprelindən bəri aydın şəkildə özünü faciəvi şəkildə göstərməsi, bir daha iki xalq arasında sülhquruculuğu işinin güclənməsinin vacibliyini qeyd etdi.
 
Dilarə Əfəndiyeva isə yerli və beynəlxalq sülhquruculuq təşəbbüslərindən danışaraq iki xalq arasında etimadın güclənməsi və münasibətlərin normallaşması üçün sadə insanların mütəmadi olaraq dialoqunun vacibliyini bildirdi.
 
Orxan Nəbiyev isə hər iki cəmiyyətlərdə sülh üçün sosial sifarişin mövcudluğunu qeyd etdi - heç kəs istəmir ki, onun yaxını cəbhədə həlak olsun. Bu sosial sifariş bu cür sülhquruculuğu layihələri ilə güclənir. Bu səbəbdən də münaqişə tərəflərinin hakimiyyətləri bu sosial sifarişə diqqət yetirməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunması məqsədi ilə danışıqlar prosesini sürətləndirməlidirlər.
 
Növbəti gün "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın üzvləri Oksana Altunyan və Dilarə Əfəndiyeva, o cümlədən Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev Füzuli rayonunnun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya  atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarını ziyarət etdilər. Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı, verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib. Oksana sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarına öz səylərini birləşdirməyə çağırıb,
 
"Biz, cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi məndə Azərbaycanlılar və Ermənilər arasında sülühün bərqərar olmasını istəyirəm. Bunun üçün də, hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır".
 
Həmçinin, Oksana Altunyan Bakıda yerləşən erməni kilsəsini ziyarət edib. Burada Oksana nadir kitab nüsxələri, əlyazmaları və ermənistan ədəbiyyatının unikal inciləri ilə tanış olub, bu inciləri qoruduqlarına görə kitabxanın işçi heyyətinə öz təşəkkürünü bildirib.
 
Oksana Altunyan onu bürüyən hisslər haqqında danışdı. 30 ildə Bakının daha da gözəlləşdiyinu qeyd edən Altunyan, illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hislərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğuladı.
 
Oksana Altunyan yaradılan bu fürsəti ona yaratdıqları üçün "Ermənistan-Azərbaycan Sülh Platforması"-nın üzvlərinə öz dərin minnətdarlığını bildirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

19 Şərh:

  • Anonim
    lale · 14 İyul 11:13180

    Berk berk ezizdiyin yaxsi istirahet elesin olanlar yadan cixib aprelde olen ogullar meni xesteliye sa ldi ozde hec biri qohumum deyil

    Cavab yaz
  • Anonim
    Seva--- · 14 İyul 11:41150

    Derhal gedsin Azerbaycandan tez daha adam sebr ede bilmir Zehrani oldurdukden sonra o eclaflarin yazdiqlari werhleri oxumusuz yeqin ki bu ne oyundu cixsin burdan redd olsun !

    Cavab yaz
    • Anonim
      fe · 14 İyul 12:0920

      indi bu deqiqe gedecey

      Cavab yaz
  • Anonim
    mikael · 14 İyul 11:5190

    cox ayib

    Cavab yaz
  • Anonim
    Seva--- · 14 İyul 12:1640

    Werhim verilmedi ?

    Cavab yaz
  • Anonim
    Nur. · 14 İyul 12:1950

    Hara getsin getsin. azarbaycan ermäni qadınlarıyla doludur.sayını bir Allah bilir.Biz ermänilärkimi vähşi hevan kimi qaniçän deyiliy.ermani düşmändir vurub härbi sängär va kazarmaların darmadaĝın etsinlär.etmirlärdäaxı.

    Cavab yaz
  • Anonim
    guest · 14 İyul 12:2470

    Çox gözəl şoudu ...

    Cavab yaz
  • Anonim
    Türk · 14 İyul 12:25150

    MEN O MİLLETİN NƏFESİNƏ BELƏ İNANMIRAM

    Cavab yaz
  • Anonim
    fe · 14 İyul 12:3370

    ay mili az o biri meqalemi niye vermediiz? serf etmedi deyesen

    Cavab yaz
  • Anonim
    Gulya · 14 İyul 12:3660

    Bu dunyanin iwinden baw acmaq olmureee daha Birliyyanta ne deyekeee bele weyleri gorende artiq soz tapbiriq

    Cavab yaz
  • Anonim
    Gulya · 14 İyul 12:3830

    Xaiw werhimi verin

    Cavab yaz
  • Anonim
    edalet · 14 İyul 15:2090

    tarix yene tekrarlanir deyesen. iraq olsun yene kocub bakiya gelecekler yenede gunaxsiz insanlarin olumune bais olacaqlar. bes bizimkiler niye Irevana dogma diyarlara qayida bilmirler goresen!?

    Cavab yaz
  • Anonim
    Seva · 14 İyul 19:2560

    Ilanin aqina da lenet qarasina da.

    Cavab yaz
  • Anonim
    Bahar · 14 İyul 21:2240

    Zaman dovr edir

    Cavab yaz
  • Anonim
    Hop-hop · 14 İyul 23:2480

    Hörmətli müəllif, siz Bakıya , AZƏRBAYCANa necə erməni itinin "vətəni" adını qoyursuz, nə olsun ki, bu erməni Bakıda doğulub, Bakı nə vaxtdan erməninin vətənidir. ermənidən bizə "vətəndaş" olar. Xahiş edirəm yazmamışdan əvvəl, özünüz senzuradan keçirin.

    Cavab yaz
  • Anonim
    2222 · 15 İyul 01:5030

    milliyetce ermeni olan Bakiya nece veten deye biler//////Moskvada doqulub boyuyen az-canlilar Moskva vetenimdir deye biler? ermeni texribati novbeti

    Cavab yaz
  • Anonim
    Nanoş · 15 İyul 09:1930

    yene ayaq acir ermeniler Azerbaycana.Ilanin aginada nelet qarasinada bular tek olanda yaziqlanirlar.Niye bizim millet Turkmencay muqabilesinde eledikleri sehvleri yene tekrarlamaqa baslayirlar.Bu digalarin birinide vetene qoymaq olmaz!!!!!

    Cavab yaz
  • Anonim
    ... · 15 İyul 16:5510

    Bizimki olsaydı dərhal həbs edərdilər. Öldürüb sonra da yanıq verirlər. Utanmırlar tərcümeyi hal da yazırlar......Rədd olsun o murdar...Yara qaysağı qoprtmağa gəlib ?

    Cavab yaz
  • Anonim
    ..... · 27 İyul 12:5500

    Yeyib-içib gedəcək

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.