Bakıdan İstanbula gedən evin tək oğlu yoxa çıxdı: "Ana, məni daha axtarma" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin İstanbul şəhərinə gedən Azərbaycan vətəndaşı itkin düşüb.
Milli.Az xəbər verir ki, bu haqda azxeber.com-a yoxa çıxan Şükürov İlkin Xanəsgər oğlunun anası Ülkər Şükürova məlumat verib.
Ananın dediyinə görə, oğlundan 3 həftədir ki, xəbər ala bilmir: "İlkin mart ayının 4-də Bakıdan Toros Turizm şirkətinə aid avtobusla İstanbula gəlib. O, 1990-cı ilə Rusiyada dünyaya göz açıb və Azərbaycan vətəndaşıdır. Özəl xəstəxalanalardan birində kuryer olaraq işləyirdi".
Ülkər Şükürova deyir ki, oğlunun yoxa çıxmasında qaranlıq məqamlar var: "Həmişə deyirdi Türkiyədə yaşamaq istəyirəm, ən böyük arzum İstanbulu görməkdir. Ötən il İstanbula gəzməyə gedəcəkdik, amma alınmadı. 6 aydır çox dəyişmişdi. Özünə qapanırdı, gizli-gizli telefonla danışırdı. Şübhələnirdim. Başqa birinə çevrilmişdi. Baxışları belə dəyişmişdi. Evdən getmədən bir neçə gün öncə dedim ki, oğlum birdən gedərsən bir yerə, səni aldadıb apararlar. Elə bir ürəyimə dammışdı. Dedi "yox, mama, mən səni buraxıb heç bir yerə getmərəm". İnanmazdım ki, oğlum məni atıb gedər. Ayın 3-də evdən çıxıb, 4-də xəbər tutduq ki, pasportu ilə Türkiyəyə gelib. Özü ilə heç nə götürməyib. Avtobusda bilet alanda deyib ki, Laləliyə gəzməyə gedirəm. Telefonu da o gündən bağlıdır.
Ana deyir ki, televiziyada süjet efirə gedəndən sonra ona naməlum nömrədən mesaj gəlib: ""Space" Televizyasının Türkiyə təmsilçiliyi məndən sujet hazırladı verdi, o gecə bizə bir nömrədən mesaj gəldi ki, mən Şam şəhərindəyəm. Bir daha məni axtarmayın. Nə qədər zəng edirik telefonu açan yoxdu. Türk polisinə müraciət etmişəm, onlar da axtarır. Ancaq deyirlər ki, onun yaxınındakı adamlar tapılmalıdır ki, hara getdiyini öyrənə bilsinlər. Oğlum kiminlə oturub dururdu bilmirəm. 15 gündür İstanbuldayam. Səsimi hər kəs eşitsin istəyirəm. Oğlumu tanıyanlar, bilənlər mənə kömək etsinlər. Çarəsizəm. Gözümün ağı-qarası bir oğlum var. Mən onsuz yaşaya bilmərəm. Bilirəm oğlumu Türkiyəyə aldadıb, gətiriblər. O heç vaxt məndən ayrılmazdı. Xahiş edirəm bir gözüyaşlı ananın səsini eşidin, mənə kömək edin".
Qeyd edək ki, məsələylə bağlı Azərbaycanın İstanbuldakı konsulluğuna da məlumat verilib, onlar da İlkini axtarır.
Ana övladının fotolarını da təqdim edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Ordubadda obyektə zərər vurdu - Saxlanıldı
-
Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
XƏBƏR LENTİ
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)
-
Ordubadda obyektə zərər vurdu - Saxlanıldı
-
İlon Mask bir günə 30 milyardını itirdi
-
Qızılın qiyməti dəyişdi
-
Almeyda Bakıya gəldi - (Video)
-
Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Rusiyanın itkiləri yeniləndi
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
38 yaşında futbolçu karyerasını bitirdi
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Əməkdar artist: “Ailəmlə şəkil paylaşanlar bu uğurumuzu vermədilər” - (Video)
-
Avropa Liqasının IV turunun ilk matçı qolsuz bitdi
-
"Brent" ucuzlaşdı
-
Noyabr üç bürcə xoşbəxtlik və şans gətirəcək
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov





