Hadisə

Bakının mərkəzində polis sürücünü söydü, dava düşdü - VİDEO

23 Yanvar 2016 17:42
Baxış: 4 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səbail rayonu, Axundov parkının yaxınlığında YPX əməkdaşları ilə sürücü arasında qalmaqal yaşanıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, yol kənarında avtomobilini saxlayan sürücü polisin təzyiqi ilə üzləşib.

Hadisə şahidlərinin sözlərinə görə, polis əməkdaşlarından biri sürücünü söyüb. Elə qarşıdurma da bundan sonra yaranıb.

Polis əməkdaşı sürücünü təkbətək "razborka"ya çağırıb. Nəticədə sürücü özünü müdafiə etmək üçün polisə müqavimət göstərib. Digər polis əməkdaşları onları sakitləşdirməyə çalışsa da, YPX əməkdaşı sürücüyə zor tətbiq edərək, sürücünü xidməti avtomobilinə əyləşdirmək istəyib.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakının mərkəzində polis sürücünü söydü, dava düşdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.