Hadisə

Canavar Mingəçevir sakinini yarımcan etdi - VİDEO

30 Noyabr 2015 11:57
0 Şərh     Baxış: 3 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərinin ərazisində məcburi köçkünlərə məxsus qoyun fermasına canavar hücum edib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, ötən gün günorta saatlarında yırtıcının yaxınlaşdığını görən, Kəlbəcər rayon sakini Elçin Məmişov qoyunları qorumağa çalışıb. Bu zaman canavar onun üzərinə atılıb. Yırtıcıya qarşı müqavimət göstərə bilməyən gənc yerə yıxılıb. Bu isə onun ağır yaralar almasına səbəb olub. 

Yırtıcı gəncin üz və baş nahiyəsini yaralayıb. Sonra canavar yaxınlıqdakı sakinlərə hücum çəkib. İnsanları bu dəfə yırtıcının dişlərindən  sakinlərdən birinin iti xilas edib. Yaralı Elçin Məmişov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Əraziyə baytarlıq idarəsinin əməkdaşları da gəliblər.

Yırtıcıdan Respublika Baytarlıq Laboratoriyasına göndərilmək üçün nümunələr götürülüb. Canavarın cəsədi isə baytarların nəzarəti altında yandırılaraq basdırılıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Canavar Mingəçevir sakinini yarımcan etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.