Hadisə

Bakıda maşın beton dayaqlara çırpıldı, yaralı var

27 Fevral 2015 09:37
0 Şərh     Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Binəqədi rayonu ərazisində "Opel" markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı beton dayaqlara çırpılıb. Nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib. Əməliyyat saat 01:30-da başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.