Hadisə

Sərxoş sürücü qəza törətdi

27 Dekabr 2014 08:56
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə sərxoş sürücü qəza törədib.

Hadisə bu gün səhər saat 7 radələrində baş verib.

Milli.Az Kəpəz TV-yə istinadan məlumat verir ki, Gəncə şəhər sakini 24 yaşlı Muxtar Məmmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Şahsevənlər küçəsi ilə hərəkətdə olarkən idarə etməni itirib və avtomobili yolun solundakı çinar ağacına çırpıb.


Nəticədə sürücü və avtomobildə olan 23 yaşlı Şahlar Verdiyev yaralanıb. İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub.

Yaralılar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə xəstəxanaya gətiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə hər iki yaralı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.