Hadisə

Azərbaycanın bir kəndi qorxu içindədir - VİDEO

17 Oktyabr 2014 14:56
0 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son vaxtlar dağətəyi rayonlarda yaşayış məntəqələrinə yırtıcı heyvanların basqını çoxalıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, Oğuzun Muxas kəndində hücum edən vəhşi heyvanlar sakinlərə məxsus ev heyvanlarını parçalayır.

Sakinlər təşviş içindədirlər. Bir neçə gün öncə Oğuzun Muxas kəndində iki iribuynuzli heyvanı və at balasını canavar parçalayıb. Artıq kəndə vəhşi heyvanların basqını adi hal alıb. Çaqqal və canavar kimi yırtıcıların yem dalınca yaşayış məntəqələrinə soxulması sakinlərin narahatlığına səbəb olulb. Bundan əlavə, ev heyvanları arasında yoluxucu xəstəliklərin yayılması ehtimalı qaçılmazdır.

Yırtıcılar evlərə soxulmaqdan belə çəkinmirlər. Sakinlər əlaqədar təşkilatlardan vaxtında tədbir görülməsini istəyirlər. Vaxtında tədbir görülməzsə bir gecə ərzində 200-300 km məsafə qət etmək qabiliyyətinə malik olan bu yırtıcıların hansı təhlükələrə səbəb ola biləcəyini təsəvvür etmək heç də çətin deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.