Hadisə

Bakıda kartofun işindən telefon çıxdı

13 Oktyabr 2014 14:00
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı İstintaq Təcridxanasına sovqatda kartofun içərisində mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Elşad Şirvan oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 18, mənzil 56 ünvanında qeydiyyatda olan vətəndaş Edqar Bəhmən oğlu Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilmiş, daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Abbasov Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.