Hadisə

Qırmızıdan keçən "07" qəza törətdi

25 Sentyabr 2014 19:37
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün saat 17 radələrində Mingəçevir şəhərində, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində avtomobil qəzası baş verib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, Hüseyn Abdullayevə məxsus "Mersedes" ilə həmyerlisi Elmir Qarayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.

Qəza zamanı Hüseyn Abdullayev üz nahiyəsindən yüngül xasarət alıb. Avtomobillərə isə ciddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, hadisəyə "VAZ 2107"-nin sürücüsünün işıqforun qadağanedici işarəsinə məhəl qoymayaraq yüksək sürətlə hərəkət etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.