Hadisə

Azərbaycanda yol tikənlər toqquşdu - FOTO

17 İyul 2014 11:03
2 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax yolunda qaldırıcı kran və beton tökən avtomobillər qəza törədib

Yol tikintisində işləyən maşınlar ağır qəza törədib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Yol tikinti işlərini həyata keçirən "Polad-AŞ" şirkətinə məxsus qaldırıcı kran və beton tökən "SHACMAN" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü Füzuli rayon sakini, 1971-ci il təvəllüdlü Nazim Teymur oğlu Ocaqverdiyev və 1994-cü il təvəllüdlü Rüfət Yaqub oğlu Məmmədov ağır bədən xəsarətlərilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.