16:32
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin İstanbuldakı küçələrdən birində Rusiyadan göndərilmiş 6 nəfərlik killer qrupu tərəfindən güllələndiyi iddia edilir.
Canıyevə avtomat silahlardan atəş açılıb.
Rusiyanın xüsusi xidmət orqanlarının bu günlərdə Türkiyədən "Rövşən Lənkəranski"nin cəsədini tələb edəcəkləri vurğulanır.
---------
13:32
Rusiyanın kriminal aləmində ən nufuzlu "oğru"lardan biri, "Ded Hasan" ləqəbli kürd Aslan Usoyan Moskvada qətlə yetiriləndən sonra azərbaycanlı "oğru", "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin hədəfə alındığı vurğulanırdı.
Rusiyanın ən məşhur "oğru"larından biri, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin İstanbulda məruz qaldığı sui-qəsd nəticəsində qətlə yetirildiyi iddia olunur.
Milli.Az Life News-a istinadən bildirir ki, "Rövşən Lənkəranski"yə sui-qəsd 4 gün əvvəl İstanbulda gerçəkləşdirilib. Azərbaycanlı "oğru"nu çoxsaylı mühafizəçilər müşayiət etsələr də, avtomat silahdan atəş açan killerlər "Rövşən Lənkəranski" ilə yanaşı, onun iki cangüdənini də ağır yaralayıblar.
"Rövşən Lənkəranski"nin dünən axşam saatlarında İstanbuldakı klinikalardan birində keçindiyi vurğulanır.
Rusiya DİN-i və müvafiq strukturları bu xəbərin təsdiqlənməsi ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına rəsmi sorğu hazırlayırlar.
İstanbulda "Rövşən Lənkəranski"yə sui-qəsdin arxasında "Merab Suxumski" kimi tanınan Merab Canqveladzenin durduğu söylənir.
"Merab Suxumski" bu sui-qəsd vasitəsilə "Ded Hasan"ın dəstəsi ilə barışmaq və çoxdan bəri davam edən düşmənçiliyə son qoymaq istəyir.
----------
11:29
Milli.Az "Kriminalnaya Rossiya"ya istinadən bildirir ki, "Ded Hasan"ın qətlində suçlanan "Rövşən Lənkəranski"nin indi "ov obyekti" də olduğu vurğulanır.
"Gəncəli Rufo" kimi tanınan azərbaycanlı "oğru" Rüfət Nəsibovun da Moskvada qətlə yetirilməsinin məhz bu olaylarla bağlı olduğu iddiaları isə günbəgün güclənir.
"Prime Crime" bildirir ki, yanvarın 16-da snayper Aslan Usoyana atəş açanda "Gəncəli Rufo", yəni Rüfət Nəsibov Ukraynada idi. "Ded Hasan" öləndən sonra Nəsibov Moskvaya yollanıb və bu barədə çox az adam bilirdi. Fəqət, Nəsibovun Moskvada olmasını kimsə "Ded Hasan"ın adamlarına xəbər verib.
Yanvarın 28-də Moskvanın Otradnı səmtinə, Nəsibovun kirayədə qaldığı mənzilin yerləşdiyi binaya killerlərin olduğu maşın yan alıb. Onlar Rüfət Nəsibovu güllələyəndən sonra meyiti maşına qoyaraq naməlum istiqamətə aparıblar.
Mərhum Rüfət Nəsibovun Hacı Yelsuyev və "Axsaq" ləqəbli azərbaycanlı "oğru" ilə birlikdə Rövşən Canıyevin ən yaxın adamlarından olduqları deyilir.
2012-ci ildə Rüfət və Hacı Birləşmiş Ərəb Əmirliklərində "Rövşən Lənkəranski" ilə Levan Canqveladze arasındakı danışıqlarda iştirak etmişdilər.
L.Canqveladze Rusiyanın ən nüfuzlu oğrularından biri Merab Canqveladzenin qardaşıdır.
Söhbət zamanı dava qopub, Canqveladze bıçaq çıxararaq Rövşən Canıyevi vurub.
"Rosbalt" bildirir ki, şəkərli diabet xəstəsi olan Rövşən Canıyev ağır yaralanmışdı.
Ötən ilin dekabrında isə Canıyev Birləşmiş Ərəb Əmirliklərində "oğru toplantısı" təşkil edərək oraya Merab Canqvelidze, Cemal Mikeladzeni də çağırmışdı.
Həmin toplantıda 16 nəfərə "oğru" adı verildi ki, ad alanların arasında Rüfət Nəsibov və Hacı Yelsuyev də vardı.
Daha sonra Rusiyaya qayıdan "Cemo" ləqəbli Cemal Mikeladze şayiə yayaraq Avropa ölkələrindən birinə yollandığını dedi. Amma o, əslində Moskva vilayətində idi.
Bundan "Ded Hasan"ın adamları xəbər tutdular və fevralın 1-də "Cemo"nu polis həbs etdi.
Axtarış zamanı onun üstündən əl qumbarası və narkotik maddələr çıxıb.
"Rosbalt"ın məlumatına görə, "Rövşən Lənkəranski"ni indi "Ded Hasan"ın adamları aradan götürməyə çalışırlar. Bu barədə qərar Moskvanın Yeni Arbat küçəsindəki "Bosfor" restoranında 20 "oğru"nun iştirakı ilə keçirilmiş toplantıda qəbul olunub.
Toplantıya Krasnodar diyarında yaşayan "Şike" ləqəbli yezidi kürd "oğru" Şirali Musoyan başçılıq edirdi.
Daha sonra "Ded Hasan"ın çıxışında güllələndiyi "Starıy Faeton" restoranında toplantı olub. Əslən Tbilisidən olan "oğru"ların yığışdıqları toplantının təşkilatçısı "Valera Kurd" ləqəbli "oğru" Valeri Farizov idi.
"Ded Hasan"ın qohumları - "Miron" ləqəbli Dmitri Çanutriya və "Timur Sverdlovski" ləqəbli Temir Mirzoyev isə Rövşən Canıyevı öldürəcəklərinə and içdikləri deyiblər.
Rusiyadakı "slavyan oğru"lar hələlik prosesə qatılmayıbar. Ən nüfuzlu "oğru"lardan biri sayılan "Zabava" ləqəbli Aleksey Zabavin Aslan Usoyanın dəfn mərasimində bir neçə adama "oğru" adının verilməsinə etiraz edib, mərasimdən gedib. Onun "Miron" və "Timur Sverdlovski" ilə söyüşdüyü, dava etməyə çalışdığı da deyilir.
Bu arada "Ded Hasan"ın boş qalmış "taxt"ına "Tyurik" ləqəbli Vladimir Tyurinin yiyələnmək istədiyi vurğulanır.
"Tyurik"in arvadı Rusiyada iqtidarda olan Vahid Rusiya Partiyasının funksioneri, Dövlət Dumasının deputatı Marina Maksakovadır.
Orxan Hun
Milli.Az
Hadisə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ağır yaralı "Rövşən Lənkəranski" xəstəxanada keçindi? - ARAŞDIRMA - YENİLƏNİB
6 Fevral 2013 16:32
200 Şərh
Baxış: 97 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Liverpul” son 11 ilin klub antirekordunu qırdı
-
Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqlayıb
-
Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi - YENİLƏNİB
-
Avstraliyada güclü zəlzələ oldu
-
Bu testdən keçməyən yumurtanı əsla yeməyin
-
2026-cı ildə Dünyada İlin Avtomobili bəlli oldu: Zirvədə bir Alman nəhəngi
-
Kərə yağı ilə qatıq mayalamaq olar?
-
İsrail İranda neft-kimya kompleksinə zərbə endirdi
-
Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır
-
Çiyələkləri yuduqdan sonra əsla soyuducuya qoymayın
-
30 ildən sonra bu bürc üçün nəhayət qızıl dövr başlayır
-
Qapıçı öz yerindən rəqib qapıya qol vurdu - VİDEO
-
"Hollivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO
-
“Real” son dəqiqə qolu ilə məğlub oldu
-
Zeynal Bayramlıya yüksək vəzifə verildi - FOTO
-
Qəhvəsinə bir qaşıq əlavə edib içənlər təsirinə inana bilmir
-
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
-
"Nəvələrimin hesabına izləyicilərim çoxalır"
-
Türkiyə Ukrayna-Rusiya danışıqlarını dəstəkləyəcək
-
Soyuducuya bir qab duz qoyun və gözləyin: Nəticəni görəndə təəccüblənəcəksiniz
-
Dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb - YENİLƏNİB
-
41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO
-
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
-
Anasının sözlərindən sonra səhifəsini bağladı - FOTO





