Hadisə

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı

8 Oktyabr 2026 11:21
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.

Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdləridir. R.H. orta məktəbin 10-cu, T.Ə. isə 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.