Yuxulu sürücü “Prado”nu aşırdı - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün səhər saat 7 radələrində Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində "Toyota" markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqlar edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur: "Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil, bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.
Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.
Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.
Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Ulduz futbolçu ildə 22 milyon manat qazanır, 22 minlik maşın sürür - (Video)
-
İndoneziyada bazarda güclü yanğın: Ölənlər var
-
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
-
İran ABŞ gəmisi üzərində sınaq keçirdi
-
Yuxulu sürücü “Prado”nu aşırdı - (Video)
-
Məhkum tərəfindən həbsdən əvvəl gizlədilmiş silah-sursat aşkarlanıb
-
Ayın 8-də yağış qara keçəcək, dolu düşəcək - Proqnoz
-
Əməkdar artist komaya düşdü
-
Ucuz yeni çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
-
İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi
-
Nepalda matəm elan edildi
-
"Game of Thrones" və "Stranger Things" ulduzu Bakıya gəlir - (Foto)
-
Xudayarın anası: “Onlardan təzminat tələb edəcəyəm”
-
Metroda gediş haqqı artırılacaq?
-
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir - (Video)
-
Kosmetika alarkən qablaşdırmada bu işarələrə baxın - Nazirlikdən xəbərdarlıq
-
Tərtər sakini güllələndi
-
Həyətində narkotik yetişdirən şəxs tutuldu
-
Azərbaycanda hava ilə bağlı son məlumat
-
Toyda Vüqar Maştağalının ifasına bəy ağladı - (Video)
-
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
-
Bu ay 8 gün iş olmayacaq
-
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi yekunlaşıb





