Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunvericilikdə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələri üzrə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərə yol verilməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirləri həyata keçirir.
Milli.Az xəbər verir ki, bu çərçivədə vətəndaş müraciətləri, o cümlədən Agentliyin sorğusuna əsasən Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında elektrik enerjisi təchizatının qanunvericiliyə uyğun təşkili istiqamətində "Azərişıq" ASC barəsində araşdırma aparılıb. Araşdırmalar zamanı elektrik enerjisi təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin tələblərinə tam uyğunluğunun təmin edilməsi, habelə istehlakçıların hüquq və mənafelərinin qorunması məqsədilə müvafiq təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas götürülərək iş qaldırılıb. Rəqabət komissiyası tərəfindən baxılan işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işə baxılması prosesinə EMTA-nın səlahiyyətli nümayəndələri cəlb edilib.
İşə baxılma prosesində "Azərişıq" ASC tərəfindən elektrik enerjisi istehlakına görə istehlakçılarla hesablaşmaların aparılması və bildirişlərin təqdim olunmasının sahə üzrə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, eləcə də elektrik enerjisi təchizatının dayandırılmasında qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin vacibliyi müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində "Azərişıq" ASC-yə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesabda (bildirişdə) elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib. Bundan əlavə, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak etmiş "Azərişıq" ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon) Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəisləri, habelə sözügedən RETSİ-lərin enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq edilib.
Agentlik olaraq qeyd edək ki, hazırda "Azərişıq" ASC tərəfindən elektrik enerjisi təchizatında sahəvi qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha effektiv təşkili istiqamətində zəruri addımlar atılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlıların da olduğu vurulan gəmidən son görüntülər - VİDEO
-
Naxçıvan Avtomobil Yolları Agentliyi ilə bağlı materiallar prokurorluğa göndərildi
-
64 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
-
Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova SAXLANILDI
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
XƏBƏR LENTİ
-
Azərbaycanlıların da olduğu vurulan gəmidən son görüntülər - VİDEO
-
Naxçıvan Avtomobil Yolları Agentliyi ilə bağlı materiallar prokurorluğa göndərildi
-
İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı siyasətə qoşuldu - FOTO
-
64 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ
-
Zeynəb Cavadlı saxlanıldı - FOTO
-
Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
-
Mərhum Xalq artistinin oğlu efirdə AĞLADI - VİDEO
-
Yalan ittiham edənləri hansı cəza gözləyir?
-
Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
-
Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb
-
Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO
-
Hansı ixtisas qrupunda iştirakçı daha çoxdur?
-
“Gələcəyin əmək bazarında peşə təhsilli kadrlara tələbat daha da artacaq” - Təhsil mütəxəssisi
-
Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
-
Maaşla bağlı MÜHÜM XƏBƏR
-
Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
-
Afaq Bəşirqızı əməliyyat olundu
-
Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO
-
Bir gündə 7 bağlı cinayət də açıldı
-
Putin yenidən prezident olacaq? - Özü açıqladı
-
Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ - Qanun dəyişdi?
-
"Nişanımda oynamağıma yazırlar ki, bəysən, AĞIR OL"
-
İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri





