“Gələcəyin əmək bazarında peşə təhsilli kadrlara tələbat daha da artacaq” - Təhsil mütəxəssisi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hesab edirəm ki, gələcək illərdə əmək bazarında ən çox tələb olunan kadrların əhəmiyyətli hissəsi məhz peşə təhsili müəssisələrində hazırlanacaq. Texnologiyaların sürətli inkişafı, sənayenin modernləşdirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı işçi qüvvəsinə ehtiyacın artması peşə təhsilinin rolunu daha da gücləndirir.
Milli.Az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında təhsil Çingiz Səfərli bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılır. Uzun müddət cəmiyyətdə ikinci seçim kimi qəbul olunan peşə təhsili artıq yeni inkişaf mərhələsinə qədəm qoyur və əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynayır.
Mütəxəssis qeyd edib ki, bu sahəyə dövlət səviyyəsində də xüsusi diqqət göstərilir. Həm "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda, həm də Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli "Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamında peşə təhsilinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Sərəncama əsasən, 2026-2030-cu illərdə ölkədə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikilməsi, 2 peşə təhsili müəssisəsinin isə əsaslı təmiri nəzərdə tutulur. Bu qərar dövlətin peşə təhsilinə verdiyi önəmin və sahənin gələcəyinə olan inamının bariz göstəricisidir. Bu gün peşə təhsilinə qoyulan investisiyalar gələcəyin peşəkar kadrlarının hazırlanmasına yönəlmiş strateji sərmayədir.
Çingiz Səfərlinin fikrincə, yaxın gələcəkdə informasiya texnologiyaları, kibertəhlükəsizlik, proqram təminatının hazırlanması, sənaye avtomatlaşdırılması, robototexnika, elektrik və elektronika sahələrində peşəkar kadrlara tələbat daha da artacaq. Eyni zamanda, yaşıl enerji sektorunda, xüsusilə günəş və külək elektrik stansiyalarının quraşdırılması və texniki xidməti ilə məşğul olan mütəxəssislər əmək bazarında üstün mövqeyə sahib olacaqlar.
O bildirib ki, kənd təsərrüfatı sahəsində də peşə təhsilinin əhəmiyyəti getdikcə artır. Müasir aqrotexnologiyaları mənimsəyən aqronomlar, kənd təsərrüfatı texnikalarının operatorları, suvarma sistemləri üzrə mütəxəssislər, baytarlar və qida emalı üzrə peşəkar kadrlar gələcəkdə ən çox tələb olunan ixtisaslar sırasında yer alacaqlar. Bununla yanaşı, tikinti, logistika, nəqliyyat, elektrik, mexanika, qaynaqçılıq, sənaye avadanlıqları üzrə texniklər, eləcə də xidmət və turizm sahəsində çalışan mütəxəssislər də əmək bazarında mühüm yer tutacaqlar.
Mütəxəssis hesab edir ki, valideynlər peşə təhsilinə köhnə stereotiplərlə yanaşmamalıdırlar. Onlar anlamalıdırlar ki, övladlarının uğurlu gələcəyi seçdikləri sahədə peşəkar mütəxəssis kimi formalaşmalarından asılıdır. Müasir dövrdə əmək bazarı diplomdan daha çox bacarıq, səriştə və praktiki təcrübə tələb edir. Buna görə də təkcə ali təhsil diplomuna sahib olmaq artıq uğurun əsas göstəricisi sayılmır.
"Konkret bacarığı, peşə vərdişi və iş təcrübəsi olmayan ali təhsilli gəncləri gələcəkdə peşə təhsili almış, öz sahəsini dərindən bilən peşəkar mütəxəssislər əvəz edə bilər. İşəgötürən üçün əsas məsələ diplomun adı deyil, şəxsin öz işini nə dərəcədə peşəkar yerinə yetirməsidir. Buna görə də gənclərin əmək bazarında rəqabətədavamlı olması üçün onların real bacarıqlar qazanmasına, peşə vərdişlərinə yiyələnməsinə və istehsalat təcrübəsi keçməsinə xüsusi diqqət yetirilməlidir", - deyə o vurğulayıb.
Sonda Çingiz Səfərli bildirib ki, gələcəyin uğurlu gəncləri yalnız nəzəri biliklərə deyil, həm də praktik bacarıqlara malik olan, dəyişən texnologiyalara uyğunlaşa bilən və ömürboyu öyrənməyə hazır şəxslər olacaq. Onun sözlərinə görə, peşə təhsili həm məşğulluğun artırılması, həm də ölkənin iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ
-
Yalan ittiham edənləri hansı cəza gözləyir?
-
Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
-
Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO
-
Hansı ixtisas qrupunda iştirakçı daha çoxdur?
-
“Gələcəyin əmək bazarında peşə təhsilli kadrlara tələbat daha da artacaq” - Təhsil mütəxəssisi
XƏBƏR LENTİ
-
Azərbaycanlıların da olduğu vurulan gəmidən son görüntülər - VİDEO
-
Naxçıvan Avtomobil Yolları Agentliyi ilə bağlı materiallar prokurorluğa göndərildi
-
İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı siyasətə qoşuldu - FOTO
-
64 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ
-
Zeynəb Cavadlı saxlanıldı - FOTO
-
Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
-
Mərhum Xalq artistinin oğlu efirdə AĞLADI - VİDEO
-
Yalan ittiham edənləri hansı cəza gözləyir?
-
Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
-
Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb
-
Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO
-
Hansı ixtisas qrupunda iştirakçı daha çoxdur?
-
“Gələcəyin əmək bazarında peşə təhsilli kadrlara tələbat daha da artacaq” - Təhsil mütəxəssisi
-
Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
-
Maaşla bağlı MÜHÜM XƏBƏR
-
Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
-
Afaq Bəşirqızı əməliyyat olundu
-
Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO
-
Bir gündə 7 bağlı cinayət də açıldı
-
Putin yenidən prezident olacaq? - Özü açıqladı
-
Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ - Qanun dəyişdi?
-
"Nişanımda oynamağıma yazırlar ki, bəysən, AĞIR OL"
-
İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri





