Hadisə

“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO

20 Aprel 2026 14:11
Baxış: 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) "Azparking" xidməti ilə bağlı növbəti vətəndaş şikayəti daxil olub.

Milli.Az xəbər verir ki, caspianinfo.az-a müraciət edən sürücü bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 10900 nömrəli parklanma sahəsində baş verib. Onun sözlərinə görə, aprelin 17-də qeyd olunan ünvanda avtomobilini park edən zaman parkinq ödənişini qaydalara uyğun şəkildə həyata keçirib.

Şikayətçi təqdim etdiyi məlumatlarda 1181 nömrəsinə göndərdiyi SMS bildirişini, parklanma müddətini və xidmətin dayandırıldığı vaxtı göstərib. Bildirilir ki, sürücünün balansından 3 saatlıq parkinq üçün 2,1 manat məbləğində vəsait tutulub.

Lakin buna baxmayaraq, həmin ünvanda AYN2137007 nömrəli inzibati protokol tərtib olunaraq sürücüyə cərimə tətbiq edilib.

Vətəndaş qeyd edib ki, ödəniş edilməsinə dair sübutlar mövcud olduğu halda cərimənin tətbiqi anlaşılmazdır və məsələ ilə bağlı aidiyyəti qurumlardan açıqlama gözləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.