MSK üzvlərinin 5 illik səlahiyyət müddəti bitir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprel 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı üzvlərinin beş illik səlahiyyət müddəti bitir.
Milli.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.
Aprelin sonunadək Milli Məclisdə MSK-nın tərkibinin yenidən formalaşdırılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir və onlar Milli Məclis tərəfindən seçilir.
MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.
Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq hüquqşünaslar təmsil edirlər.
2 namizəd maraqlı tərəflərlə - bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılır.
MSK onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.
MSK-nın sədr, sədr müavini və iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.
Qeyd edək ki, hazırkı tərkibdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarovadır./Trend.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Çelsi" "Bornmut"u darmadağın etdi
-
Goranboyda qəza - xəsarət alanlar var
-
“Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi“ - Hüseyn Məhəmmədoğlu
-
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil” - Azər Bağırov
-
Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı
-
Azərbaycan cüdoçularından DÇ-də rekord
-
8 Noyabr prospektində güclü yanğın başlayıb
-
Kokauri gümüş medal qazandı
-
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - Yenilənib
-
Lətifə bu kanalda aparıcılıq edəcək
-
Vəzifəsindən azad olunan polkovnik Nofəl Əsədova yüksək vəzifə verildi
-
İşdən çıxarıldığı deyilən direktorla bağlı rəsmi açıqlama
-
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - (Foto)
-
Qarabağ Universitetinin müəllimi Nuranə Məmmədova hakim təyin olundu
-
Ronaldo millidən uzaqlaşdırıldı
-
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
-
"Benfika" "Fənərbaxça"nın 50 milyon avroluq təklifini rədd etdi
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
-
Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)





