İstilik verilişi DAYANDIRILDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün ölkənin bəzi ərazilərində, o cümlədən Bakıda payız-qış mövsümü başa çatır. Beləliklə mənzillərə və digər sosial obyektlərə istiliyin verilməsi dayandırılır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab verən "Azəristiliktəchizat" ASC bildirib ki, respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb:
"Mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilmiş, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.
Hesabat dövründə Cəmiyyət tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar edilməklə 3800 yaşayış binası, təxminən 176500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti , 2800-dən artıq sosial və digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin olunub.
O cümlədən, regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib.
İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunub.
Mövsüm ərzində 1309 qazan qurğusu, 3450 nasos avadanlığı,1000 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri, ümumilikdə 80 000-dən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismar qaydalarına uyğun istismarı təmin edilib.
2026-cı ilin birinci rübündə 924820 Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32910 Qkal və ya 3,7 faiz çox olub. Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanıb və istismara verilib.
Cari ilin 3 ayı ərzində istilik enerjisinin 99,87 faizi qaz yanacağı, 0,13 faizi isə elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilib. Ümumi istehsalın 513 Qkal və ya 0,055 faizi Şuşa şəhərində yeni tikilən elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilib.
İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb.
Qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırılmasına və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Kəngərlidə ağır qəza - 5 nəfər xəsarət alıb - (Foto)
-
Füzulidə 24 yaşlı şəxs həkimi döydü, xadimənin sümüyünü sındırdı
-
Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı
-
Prokuror Saleh Səmədova 9 il həbs istədi
XƏBƏR LENTİ
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı





