Hadisə

“Omid” MMC-yə məxsus mağazanın fəaliyyəti məhdudlaşdırıldı

19 Mart 2026 14:47
Baxış: 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu abrədə Milli.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 36A ünvanında yerləşən "Omid" MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Mövcud vəziyyətdə obyektdə hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi qənaətinə gəlinib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "Omid" MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasının fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.