Hadisə

Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi

17 Mart 2026 14:48
Baxış: 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və  şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.

Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.