Cəlilabad rayon sakini avtomobil qəzasında həlak olub.
Milli.Az unikal-a istinadən xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, Cavid Qəniyev yolu keçən zaman onu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum I Qarabağ müharibəsi qazisidir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





